Memarlıq və İnşaat Universitetinin adı bu il də beynəlxalq reytinq sisteminə daxil edilib

Memarlıq və İnşaat Universitetinin adı bu il də beynəlxalq reytinq sisteminə daxil edilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il bir daha U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub.
Universitet Avropa ekspertləri tərəfindən qiymətləndirilib və 6 göstərici üzrə yüksək nəticə əldə edərək “A” kateqoriyasını alıb.
Qeyd edək ki, U-Multirank Avropa İttifaqı tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. AzMİU 2015-ci ildən hər il ənənəvi olaraq bu reytinq sisteminə daxil olur. 2020-ci il üçün 92 ölkədən 1759 universitet bu bazaya daxil olmaq imkanı əldə edib. Universitetlər ekspertlər tərəfindən “A” (çox yaxşı) və “E” (qeyri-kafi) kateqoriyaları üzrə qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər