AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində

AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı (AzMİU) altıncı dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil edilib.
U-Multirank Avropa İttifaqı tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. Artıq 6-cı ildir ki, U-Multirank dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir. Qiymətləndirilmə müxtəlif kateqoriyalar üzrə ekspertlər tərəfindən aparılır. Avropa ekspertləri tərəfindən qiymətləndirilən AzMİU bu il altı göstərici üzrə yüksək nəticə əldə edərək “B” kateqoriyasını alıb.
Bu il 95 ölkədən 1711 universitet yüksək nəticələr əldə etməklə bu bazaya daxil olmaq imkanı qazanıb. Universitetlər bu bazaya daxil olmaqla, tələbələrə, başqa ali təhsil müəssisələrinə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir.
Qeyd edək ki, AzMİU ilk dəfə bu reytinqə 2015-ci ildə daxil olub.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər