Təhsil Nazirliyi: Tədris ilinin sonunadək 2124 teledərs təqdim edilib

Təhsil Nazirliyi: Tədris ilinin sonunadək 2124 teledərs təqdim edilib COVID -19 pandemiyası ilə əlaqədar ümumtəhsil müəssisələrinin şagirdləri üçün 2020-ci ilin martın 11-dən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat “Mədəniyyət” və “ARB Günəş” telekanalları üzərindən TV dərslər yayımlanıb, ümumtəhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub.
Bildirilib ki, tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib. Həmçinin aprelin 25-dən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə “Dərsdən sonra” verilişinin yayımına start verilib.

Tehsil-press.az

Oxşar xəbərlər