
Görüşdə Aytən Namazova İMU və Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən İstanbulda Türk Dünyası Muzeyinin yaradılacağını qeyd edib. O, yeni yaradılacaq muzeyin tədbirlər planı çərçivəsində Azərbaycan, Qaqauz, Noqay, Krım, eləcə də Altay türklərinin folklor və etnoqrafiyasını əhatə edəcək kitabın hazırlanmasının planlaşdırıldığını söyləyib.
Aytən Namazova Gəncə, Şəmkir, Qazax, Ağstafa, Tovuz bölgələrinin folkloru, etnoqrafiyası ilə bağlı materiallar hazırlamaq məqsədilə həmin ərazilərə gedəcəyini bildirib.
Sonda müəssisənin nəşrləri qonağa təqdim olunub.
Tehsil-press.az