Prezidentlərin görüşü videokonfrans formatında təşkil olunacaq

Prezidentlərin görüşü videokonfrans formatında təşkil olunacaq İran, Rusiya və Türkiyə prezidentlərinin Suriyadakı durumu müzakirə etmək üçün Astana formatında zirvə görüşü keçiriləcək.
Bunu İranın Xarici Işlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.
O deyib ki, görüş videokonfrans formatında təşkil olunacaq.
A.Musəvinin sözlərinə görə, XİN başçısı Məhəmməd Cavad Zərifin Türkiyə və Rusiyaya səfəri çərçivəsində bu məsələ müzakirə olunacaq və tarix müəyyənləşəcək və yaxın gələcəkdə videokonfrans təşkil olunacaq.
Qeyd edək ki, M.C.Zərif hazırda Türkiyədə səfərdədir və oradan Rusiyaya səfəri planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər