“NATO-ya qarşı lazımi tədbirlər görməliyik” - Kreml

“NATO-ya qarşı lazımi tədbirlər görməliyik” - Kreml “NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə qədər uzatmasının qarşısını almaq üçün lazımi tədbirlər görməliyik” .
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, xüsusilə NATO tərəfindən Ukraynaya genişləndirilmiş imkanlarla tərəfdaşlıq statusunun verilməsi məsələsinə toxunub.
“Bunun Avropada təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini düşünmürük”,- deyə Peskov bildirib.
O, NATO-nun hərbi infrastrukturunu Rusiya sərhədlərinə doğru genişləndirdiyini diqqətə çatdırıb: “Buna qarşı öz təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirlər görməliyik”.
Xatırladaq ki, ötən həftə NATO Ukraynaya genişləndirilmiş imkanlarla NATO-nun tərəfdaşı statusunun verilməsinə qərar verib. Ukrayna hökuməti isə bu qərarı məmnuniyyətlə qarşıladağını açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər