Bu ölkədə kütləvi tədbirlər oktyabrın sonunadək ləğv edildi

Bu ölkədə kütləvi tədbirlər oktyabrın sonunadək ləğv edildi Almaniyada bütün kütləvi tədbirlər koronavirus səbəbindən oktyabrın sonunadək ləğv edilib.
“Böyük tədbirlərlə bağlı biz bir daha açıq şəkildə bildirdik ki, qadağa oktyabr ayına qədər davam edəcək”, - Zeder deyib. O əlavə edib ki, payızda, karnaval mövsümü ərəfəsində hökumət yenidən bu məsələni müzakirə etmək niyyətindədir.
“Şəxsən mən bu məsələdə çox ehtiyatlıyam, amma daha sonra baxacağıq”, - o deyib.
Daha əvvəl Almaniya hökuməti 1000-dən çox adamın iştirakı ilə keçirilən kütləvi tədbirlərin koronavirus pandemiyası səbəbindən avqustun sonunadək ləğv ediləcəyi barədə bildirmişdi. Bununla əlaqədar olaraq, Almaniyada artıq hər il keçirilən sərgilər, musiqi aksiyaları, eləcə də Bavariyadakı “Oktoberfest” pivə festivalı da ləğv edilib.
Qeyd edək ki, indiyədək Almaniyada 188 544 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 8 910-u vəfat edib, 173 600-ü sağalıb. Tibb müəssisələrində 6 034 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 419-nun vəziyyəti ağır qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər