Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı Çində son sutka ərzində 32 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb, ölən olmayıb.
Qeyd edilir ki, yoluxma hallarından 28-i ölkə daxilində (25-i Pekində, 2-si Hubey əyalətində, 1-i Lyaonin əyalətində), 4-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb.
Ölkədə 293 aktiv koronavirus xəstəsi var ki, onlardan da 11-i ağır vəziyyətdədir.
Çində ümumilikdə 83 325 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 398 nəfər sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər