Memarlıq və İnşaat Universitetində magistrantların onlayn imtahanları başlayıb

Memarlıq və İnşaat Universitetində magistrantların onlayn imtahanları başlayıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələrinin onlayn imtahanlarına start verilib.
2019/2020-ci tədris ilinin yaz semestrində 42 qrup üzrə 200 magistrant 20 fəndən imtahan verəcək. Birinci kursda oxuyan magistrantların 9 imtahanı layihələr şəklindədir və tələbələr onu onlayn formada təqdim edəcəklər.
İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi də yaxın günlərdə reallaşacaq. Hazırda dissertasiya işlərinin onlayn müdafiəsinə hazırlıq gedir. 247 nəfər 2-ci kurs magistrant dissertasiya işinin müdafiəsinə buraxılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər