Azərbaycan Memarlıq və İnşaat Universitetində buraxılış işlərinin müdafiəsi davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetində buraxılış işlərinin müdafiəsi davam edir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində son kurs tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsi davam edir.
Bu gün universitetin Nəqliyyat fakültəsində Nəqliyyat tikintisi mühəndisliyi ixtisasını bitirən məzun tələbələrin buraxılış işlərinin onlayn müdafiəsi keçirilib. “Zoom” proqramı vasitəsilə təşkil olunan müdafiədə texniki təminat yüksək səviyyədə olduğundan proses zamanı hər hansı problem yaranmayıb. Qruplar üçün təyin edilən qrafik üzrə 12 tələbə müdafiəyə buraxılıb. Müdafiə edənlər arasında Azərbaycan və rus bölməsi ilə yanaşı, qiyabi təhsil alan tələbələr də olub. Buraxılış işlərinin müdafiəsi zamanı məzun tələbələrə müəyyən güzəştlər olunub və onlar işlərini uğurla müdafiə ediblər.
Xatırladaq ki, Nəqliyyat fakültəsində IV kursda təhsil alan tələbələrdən 41-i müdafiəyə buraxılır. Müdafiə prosesi iyunun sonuna qədər davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər