Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqənin finalında

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqənin finalında Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar müsabiqəsinə qatılaraq finalda iştirak hüququ qazanıblar.
Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov iyunun 24-də “British Education Association”ın (BİEA) təşkilatçılığı ilə onlayn həyata keçirilən final müsahibəsində iştirak ediblər.
2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Müsahibəyə finalçılarla yanaşı, onların elmi rəhbəri Samir Orucov da qoşulub və mühəndislik sahəsində hazırlanmış layihə yüksək səviyyədə təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər