İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı başlanır

İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı başlanır 2020/2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun magistratura təhsil səviyyəsinə qəbul olan şəxslərin qeydiyyatı başlanır.
Ali təhsil müəssisəsinin magistratura pilləsini qazanan bakalavrlar iyulun 6-dan 15-dək sənədlərinin skan olunmuş versiyasını [email protected] elektron ünvanına göndərməlidir.
Tələb olunan sənədlər:
- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;
- Cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən bu barədə arayış;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- 3x4 sm ölçüdə 4 ədəd şəkil;
- Tərcümeyi-hal;
- Sağlamlıq haqqında tibbi arayış;
- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən şəxslər institutun magistr tələbələri sırasına daxil edilməyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər