AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası keçirilir

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası keçirilir AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda I kurs magistrantların yay imtahan sessiyası koronavirus pandemiyası ilə əlaqədar onlayn keçirilir.
Zoom və Skype proqramları vasitəsilə riyaziyyat ixtisası üzrə 2, kompüter elmləri ixtisası üzrə 6, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 2 nəfər magistrant sessiya imtahanlarında iştirak edir. İlk imtahanlar iyulun 3-də riyaziyyat ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Saqif Hüseynovun tədris etdiyi tamədədli proqramlaşdırma məsələləri və kompüter elmləri ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elxan Səbziyevin tədris etdiyi idarəetmə obyektlərinin və sistemlərinin riyazi modelləşdirilməsi fənlərindən keçirilib.
İmtahanda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.
Qeyd edək ki, növbəti imtahanlar iyulun 6, 9, 10, 13 və 14-nə təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər