
Bu sözləri müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı canlı yayımda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, bu mərhələdə iştirak edən və nəticə göstərən müəllimlərin də iş yerinin dəyişdirilməsinə həmin müsabiqə nəticəsində baxıla bilər. Eyni zamanda, ikili ixtisas sahibləri bu mərhələdə iştirak edərək ixtisas üzrə topladıqları nəticəyə uyğun şəkildə həmin ixtisas üzrə dərs yükü ilə təmin oluna bilərlər.
Tehsil-press.az