
Bu gedişdə məqsəd Rusiya rəhbərliyinin onu müvafiq səviyyədə qəbul etməsinə nail olmaqdır.
Tarix onu göstərir ki, ermənilər həmişə bu kimi uğursuz təxribatlardan sonra dərhal “böyük qardaş” axtarışında olurlar. Lakin KTMT-nin Paşinyanın müraciətinə laqeyd münasibəti əyani şəkildə göstərdi ki, Rusiyanın “Sorosun təyinatı” olan N.Paşinyan və onun komandası haqqında öz mövqeyi var.
Paralel olaraq, Ermənistanın NATO yanında təmsilçiləri təcili şəkildə NATO-nun hərbi komandanlığı ilə görüş keçiriblər.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonayan NATO-da hərbi nümayəndə olub. Tonoyanın NATO ilə bağlılığını nəzərə aldıqda, aydın olur ki, Ermənistan rəhbərliyi hazırda rəsmi Moskvanı aldatmaq yolunu tutub.
Tehsil-press.az