
Bu barədə Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan “France 24” kanalına müsahibəsində danışıb. Erməni nazir “Bu qarşıdurmaya Türkiyənin müdaxiləsi ilə bağlı narahatsınızmı” sualına belə cavab verib:
“Şübhəsiz, buna laqeyd qala bilmərik. Əlbəttə, buna laqeyd yanaşmaq olmaz. Əlbəttə, bu, narahatlıq mövzusudur”.
Xatırladaq ki, Ermənistan ordusu iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törədərək hücuma keçib. Nəticədə Azərbaycan ordusunun 12 əsgəri şəhid olub. Ermənistan tərəfi isə itkiləri barədə məlumatı ictimaiyyətdən gizlədir.
Tehsil-press.az