Səyyar tibb xidməti necə işləyir?

Səyyar tibb xidməti necə işləyir? “Bakı şəhəri üzrə 87 tibb müəssisəni əhatə edən 39 tibb məntəqəsi açılıb. Məntəqələrin iş saatı səhər saat 08:00-dan axşam saat 20:00-a qədərdir”.
Bu barədə N.Veysova AzTV-də yayımlanan “Hədəf” verilişində danışıb:
“Məntəqələrdə orta hesabla 11 tibb işçisi çalışır. Bundan əlavə müəssiələr üzrə, bu işə 1500 sahə həkimi cəlb olunub. Bu sahə həkimləri və tibb işçiləri Əziz Əliyev adın Həkimləri Təkmilləşdirmə İnstitutunda təlimlər keçiblər. Məqsədimiz təcili yardımın və stasionar xidmətin yükünün azaldılmasıdır. Tibb məntəqələri çağrı mərkəzindən çağırışları qəbul edir. Ondan sonra onları poliklinikalara dislokasiya üzrə ötürür və xəstələri sahə həkimləri ilə əlaqələndirir. Hər bir tibb məntəqəsinin nəzdində səyyar tibb xidməti çalışır. Bunun üçün dövlət tərəfindən 50 maşın ayrılıb, hazırda onların 40-ı işləyir. Hər gün səhər saat 8-dən 12-yə qədər səyyar tibb xidməti evdə şübhəli şəxslərdən testlər götürür, bu testləri xüsusi çantada məntəqəyə qaytarır. Orada barkodlaşır və laboratoriyalara çatdırılır. Testlər müsbərt olarsa, simptomsuz və yüngül simptomlu xəstələrə evə dərman çatdırılır”.

Tehsil-press.az

Oxşar xəbərlər