Portuqaliyada koronavirusu öldürən maska hazırlandı

Portuqaliyada koronavirusu öldürən maska hazırlandı Lissabondakı Molekulyar Tibb İnstitutunun bir qrup alimi, üzərinə düşən koronavirus hissəciklərini zərərsizləşdirə biləcək qoruyucu maska ​​hazırlayıblar.
Bu barədə “La Razon” nəşri yazıb. Qeyd edilir ki, bu nailiyyətə suyadavamlı təbəqə və xüsusi örtüklü parka sayəsində nail olublar. Belə ki, təcrübə zamanı maskanı koronavirus molekulları olan məhlulun içinə salıblar, 1 saat sonra isə molekulların 99 faizi öz aktivliyini itirib.
Fransanın Paster İnstitutunda aparılan tədqiqatlar zamanı maskanı azı 50 dəfə yuyub istifadə etməyin mümkünlüyü sübut olunub.

Tehsil-press.az

Oxşar xəbərlər