Azərbaycan-Fransız Universitetinin tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

Azərbaycan-Fransız Universitetinin tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar 2020-ci il yanvarın 15-də “Total E&P Abşeron” şirkəti ilə Fransa səfirliyi arasında təhsil sahəsində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində rəsmi anlaşma memorandumu imzalanıb. Qafqazda ilk dəfə məhz ölkəmizdə imzalanmış bu anlaşmada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin cari ilin sentyabr ayından etibarən Fransada magistratura təhsili üçün nəzərdə tutulan təqaüd imkanlarından istifadə edə biləcəyi qeyd olunub.
Anlaşma çərçivəsində fevralın 12-də universitetin 41 tələbəsi “Total” şirkəti və Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Fransada magistratura təhsili üzrə təqaüd proqramı imtahanının ilk mərhələsində iştirak edib. İmtahandan sonra müsahibə mərhələsində də uğurlu nəticə əldə edən universitetin 10 tələbəsi “Total” tərəfindən dünyanın dörd bir tərəfindəki mühəndislik sektorunun ən yaxşı tələbələri üçün verilən təqaüdü qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər