UFAZ ilə “Alstom” və “Schlumberger” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

UFAZ ilə “Alstom” və “Schlumberger” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, Strasburq Universitetinin Kimya fakültəsinin direktoru Jean-Marc Planeix, Azərbaycan və Gürcüstanda “Schlumberger” şirkətinin baş meneceri Aydın Kərimov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva, həmçinin tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan UFAZ-ın direktoru, dosent Vazeh Əskərov rəhbərlik etdiyi universitet haqqında məlumat verib.
Sonra UFAZ-ın Baş katibi Şarlotta Payen görüşün məqsədi və əhəmiyyətindən danışıb.
Daha sonra “Alstom” və “Schlumberger” şirkətləri ilə UFAZ, eləcə də MEDEF ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası arasında rəsmi anlaşma memorandumu imzalanıb.
İmzalanmadan sonra MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö “Fransada aparıcı sahibkarlıq şəbəkəsi” mövzusunda çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.

ADNSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər