UFAZ-ın magistraturasına qəbul olunan tələbələrdən 47-si universitetin öz məzunlarıdır

UFAZ-ın magistraturasına qəbul olunan tələbələrdən 47-si universitetin öz məzunlarıdır 2020-2021-ci tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramına qəbul aparılıb. UFAZ-ın magistraturasına qəbul olunan tələbələrdən 47-si universitetin öz məzunlarıdır.
Bunu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən UFAZ-ın magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov deyib.
O bildirib ki, UFAZ-da magistraturaya ümumilikdə 80 yer ayrılıb və ödənişsizdir.

Tehsil-press.az

Oxşar xəbərlər