Gömrük Akademiyası “Məzun günü” ilə bağlı onlayn kompozisiya təqdim edib

Gömrük Akademiyası “Məzun günü” ilə bağlı onlayn kompozisiya təqdim edib Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) 2019/2020-ci tədris ili məzunlarının onlayn buraxılış mərasimi keçirilib.
DGKA-nın rəisi Qulu Novruzov bu tədris ilində akademiyanın 3-cu buraxılışı olduğunu, buraxılış mərasiminin ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun olaraq virtual şəkildə təşkil olunduğunu vurğulayıb.
Q.Novruzov məzun adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb. O, bu ilki məzunların təhsildəki nəticələri və akademiyanın ictimai-sosial həyatındakı uğurlu fəaliyyətindən söz açıb, həmçinin tələbələrin valideynlərinə təbriklərini ünvanlayıb.
Məzunları akademiyanın rəis müavinləri də təbrik edib, həyatlarının yeni mərhələsində uğurlar arzulayıblar.
Sonra məzun-tələbələr akademiyada təhsil aldıqları müddətdə rəhbərlik və professor-müəllim tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini bildiriblər, bütün məzunlar adından təşəkkürlərini çatdırıblar.
Sonda akademiyanın xor qrupu, rəqs qrupunun üzvləri olan tələbələrin ifasında şeir və mahnılar səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər