
Bu barədə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası Rəyasət Heyətinin BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə keçirdiyi iclasda qərar qəbul olunub.
Qeyd edək ki, Qriqori Palatnikov 40 ildən çoxdur Fiziologiya İnstitutunda çalışır. Alimin elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin müxtəlif çirklənmələrinin, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir. O, 2018-ci ildən Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının üzvüdür.
Tehsil-press.az