
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:
"Amma biz burada ictimai toplanma da gördük. Sual olunur ki, bu, epidemioloji vəziyyətə nə dərəcədə təsir etdi? Cavab birmənalıdır. Epidemiloqolar tərəfindən də aidiyyəti araşdırmalar aparılmışdı. Əgər həmin toplanma olmadığı təqdirdə, bugünkü rəqəmlərimiz bəlkə də və əminliklə deyə bilərik ki, daha da aşağı bir şəkildə ola bilərdi.
Orada bəzi provokasiya addımları da oldu - Milli Məclisin ərazisinə qeyri-qanuni giriş. Bu, tamamilə başqa bir mövzunun müzakirəsidir. Amma burada COVID daşıyıcısı insanların da sərbəst hərəkəti kimi elementlər vardı”.
Tehsil-press.az