Ermənistanda pandemiya qurbanlarının sayı artmaqda davam edir

Ermənistanda pandemiya qurbanlarının sayı artmaqda davam edir Ermənistanda koronavirusa yoluxma halları və pandemiya qurbanlarının sayı artmaqda davam edir.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, son sutka ərzində Ermənistanda daha 255 yeni yoluxma qeydə alınıb.
Bununla da ölkədə təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 40 410 nəfərə çatıb.
Məlumata görə, son sutkada ölkədə COVID-19-dan ölənlərin sayı 791 nəfərə çatıb. Onlardan da 6-sı son sutka ərzində ölüb.
Daha 228 nəfər koronavirus xəstəsi başqa səbəblərdən ölüb.
Hazırda ölkə xəstəxanalarında 6 min 871 aktiv koronavirus xəstəsi var.

Tehsil-press.az

Oxşar xəbərlər