Təhsil naziri özəl təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

Təhsil naziri özəl təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.
Görüşdə nazir E.Əmrullayev koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər