Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə test üsulu ilə qəbul imtahanı keçiriləcək.
Imtahanda iştirak etmək istəyən şagirdlər avqustun 24-ü saat 23:59-dək “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
İmtahana yalnız 2020-ci il yanvarın 9-dan martın 3-dək “Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılır.
Test imtahanı Azərbaycan dili, riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılacaq. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir.
Şagirdlər imtahana gələrkən şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər