
Bu barədə BBC News kanalının hazırladığı materialda bildirilir. Məlumata görə, fermerlər ötən mövsüm hava şəraitinin kəskin pisləşməsi səbəbilə ölkədə buğdanın məhsuldarlığının 40 faiz azala biləcəyini proqnozlaşdırırlar.
Nəticədə bəzi un emalı müəssisələri unun qiymətini artıq 10 faiz artırıblar və Brexitin nəticələri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəbilə qiymətlərin daha da bahalaşacağına işarə vururlar.
Mütəxəssislər isə anomal hava şəraitinin növbəti illərdə də davam edəcəyini iddia edirlər.
Tehsil-press.az