Gürcüstanda COVID-19-la bağlı vəziyyətdə rekord

Gürcüstanda COVID-19-la bağlı vəziyyətdə rekord Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 57 nəfər artıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 830-a yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.
Bundan əlavə, indiyədək 1 334 nəfər sağalıb. Hazırda 5 882 nəfər karantində, 390 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Tehsil-press.az

Oxşar xəbərlər