
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.
“Paytaxtın müxtəlif rayonlarında 250 nəfərə yaxın insan saxlanılıb”, - məlumatda deyilir.
DİN-in məlumatına görə, Belarusda saat 15:00-a kimi 17 yerdə etiraz aksiyasının keçririldiyi qeydə alınıb, aksiya iştirakçılarının ümumi sayı 3 min nəfəri keçməyib.
Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.
Tehsil-press.az