Rusiyada vahid səsverməyə yekun vurulur

Rusiyada vahid səsverməyə yekun vurulur Rusiyada üç gün davam edən regional və yerli səsverməyə yekun vurulur.
Ölkənin 85 regionundan 83-də keçirilən səsvermə 2021-ci ilə nəzərdə tutulmuş federal parlament seçkiləri ərəfəsində sonuncu səsvermədir.
Səsvermədə ali vəzifələrə birbaşa seçkilər keçirilib, yerli parlamentlərin deputatları, eləcə də 4 birmandatlı dairələrdə Dövlət Dumasının deputatları seçilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə 171 minə yaxın namizədlik irəli sürülüb. MSK-nın sədri Ella Pamfilova səsvermə zamanı, demək olar ki, qanun pozuntusunun qeydə alınmadığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər