Vyanada keçiriləcək növbəti marafonun vaxtı məlum olub

Vyanada keçiriləcək növbəti marafonun vaxtı məlum olub Bu il Vyana şəhər marafonu koronavirus pandemiyası ilə əlaqədar təxirə salınsa da, təşkilatçılar növbəti yarışı gələn ilin sentyabrında həyata keçirməkdə iddialıdırlar.
Marafonun hər il aprel ayında baş tutmasına baxmayaraq, gələnilki yarış sentyabrın 12-ə təyin edilib. Təşkilatçılar səhiyyə ekspertləri və Vyana şəhər meriyası ilə məsləhətləşmələrdən sonra xüsusi şərtlərlə növbəti marafonun baş tutacağına əminliklərini ifadə ediblər.
Təşkilat komitəsi adından Volfqan Konrad qeyd edib ki, gələn ilin sentyabrına kimi bir neçə kiçik formatlı marafonlar təşkil ediləcək və yarışlar əsas marafon üçün hazırlıq xarakteri daşıyacaq.
Vyana şəhərinin meri Mixael Ludviq isə həm idmansevərlər, həm şəhər əhalisi, həm də turistlər üçün mühüm tədbirlər sırasında yer alan marafonun yenidən şəhərin küçə və yollarında baş tutacağına sevindiyini ifadə edib. O vurğulayıb ki, həm təşkilatçılar, həm də şəhər meriyası COVID-19 pandemiyasının yaratdığı çətinlik və çağırışlar fonunda bu işin öhdəsində gələ biləcək və finiş xəttinə birlikdə çatacaqlar.
Qeyd edək ki, 1984-cü ildən təşkil edilən Vyana şəhər marafonunda hər il 40 mindən artıq peşəkar və həvəskar idmançı qatılır. Bu marafon Avstriyada ən çox idmançı və tamaşaçının qatıldığı idman tədbiridir.

Tehsil-press.az

Oxşar xəbərlər