BDU-da Zəfər Günü ilə bağlı kitab sərgisi

BDU-da Zəfər Günü ilə bağlı kitab sərgisi Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə kitab sərgisi təşkil edib.

Sərgidə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığını, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın fədakarlıq və şücaət dolu mübarizəsini, 44 günlük haqq savaşının möhtəşəm tarixi Zəfərini, eləcə də şəhidlərimizin keçdiyi şanlı qəhrəmanlıq yolunu hərtərəfli əks etdirən 100-ə yaxın nəşr nümayiş olunur.

Nümayiş olunan kitablar sırasında “44 günlük diplomatiya dərsləri”, “Zəfər salnaməsi”, “Milli Qürurumuzun Zəfəri”, BDU-nun şəhid məzunlarına və eləcə də digər qəhrəmanlarımıza həsr olunmuş kitablar da yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər