BDU tələbələri “Danışır təcrübə” layihəsində

BDU tələbələri “Danışır təcrübə” layihəsində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri Elm və Təhsil Nazirliyinin “Danışır təcrübə” layihəsi çərçivəsində Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovla görüşüblər.

“Konstitusiya və hüququn aliliyi” mövzusundda çıxış edən Çingiz Əsgərov bildirib ki, hüququn aliliyi yalnız məhkəmə sisteminin deyil, həm də bütün dövlət qurumlarının fəaliyyətinin əsas prinsipi olmalıdır. Çingiz Əsgərov əlavə edib ki, Konstitusiyada əksini tapan hüquq normalarının real həyata tətbiqi hüququn aliliyinin ən mühüm göstəricisidir. Hər bir dövlət orqanı qəbul etdiyi qərarlarda vətəndaş maraqlarını və Konstitusiya normalarını əsas götürməlidir. Bu, həm idarəetmənin keyfiyyətinə, həm də cəmiyyətin dövlətə olan inamına birbaşa təsir göstərir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşdə hüququn insan həyatındakı həlledici rolu, Konstitusiya dəyərlərinin gündəlik qərarlara, vətəndaş münasibətlərinə və idarəetmə proseslərinə təsiri barədə geniş fikir mübadiləsi aparılıb.

Daha sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, layihənin məqsədi müxtəlif sahələrdə təcrübə və bilik mübadiləsini təşviq etməklə tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər