“Qarabağ zəfəri: müharibə və sülh problemi tarixin və ədəbiyyatın yaddaşında”

“Qarabağ zəfəri: müharibə və sülh problemi tarixin və ədəbiyyatın yaddaşında” Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Qarabağ zəfəri: müharibə və sülh problemi tarixin və ədəbiyyatın yaddaşında” mövzusunda elmi seminar keçirilib.
Seminarda Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu məruzə edib.

Məruzəçi qeyd edib ki, bu gün Azərbaycan öz tarixinin yeni bir mərhələsini yaşayır. Qarabağ Zəfəri sadəcə bir ölkənin öz torpaqlarını azad etməsi olmadı, bu, böyük bir geosiyasi hadisəyə çevrildi və Azərbaycanın yeni qələbələri üçün cığır açdı: “Rusiya imperiyasının Cənubi Qafqaz üzərində 200 ildən artıq davam edən hegemonluğu demək olar ki, başa çatır. Siyasi tarixin bu qırılma nöqtəsi həm də yenidən formalaşan milli yaddaşımızın öz baxış bucağını dəyişməsini zəruri edir. Qarşıda öz taleyimizə sahib çıxmaq üçün yeni istiqamətlər, perspektivlər açılır. Bu perspektivləri ayrılıqda görmək üçün mütləq geriyə – tariximizə baxmaq, onu ədəbiyyatın, mədəniyyətin və milli yaddaşın işığında təhlil etmək bizim qaçılmaz, zəruri vəzifəmizdir”.

Dosent öz nitqində Rusiya imperiyasının həmin dövrdə apardığı mədəni silinmə siyasətindən də bəhs edib. O qeyd edib ki, alman yazıçı və tədqiqatçı Fridrix Bodenştedtin İrəvana səfəri ilə bağlı yazdığı qeydlərdə bu məsələdən söz açılır və ətraflı izah olunur.

Seminarın sonunda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək iştirakçıları şanlı Zəfərin 5 ili münasibətilə təbrik edib, ədəbi, tarixi yaddaşa söykənən tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər