UNEC-də möhtəşəm Yeni il: "Vyana balı"

UNEC-də möhtəşəm Yeni il:  UNEC SABAH Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə V “Vyana balı” keçirib.
Boulevard otelində təşkil olunan "Vyana balı"nda tələbələrlə birlikdə UNEC-in rektoru, professor Ədalət Muradov, dünyaşöhrətli riyazıyyatçı-alim, professor Məsud Əfəndiyev, SABAH-ın məzunları və müəllimləri də iştirak edib.
Tələbələrin möhtəşəm bal rəqsindən sonra, UNEC SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyevanın onlarla birlikdə "Ey həyat, sən nə qəribəsən" müsiqi ifa etməsi xüsusi maraqla qarşılanıb.
Ənənəvi olaraq hər ilin sonunda keçirilən tədbirin məqsədi dünya mədəniyyəti, rəqs və musiqilərini SABAH tələbələrinin ifasında təqdim etməkdir. “Vyana balı” SABAH tələbələrinin imtahanqabağı motivasiyasında da mühüm rol oynayır.
Tədbirin təşkilatçısı SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva və mərkəzin tələbəsi Vilayət Müslümzadənin, rəqslərin quruluşu isə SABAH-ın məzunu Cavid Hacıyevindir.

UNEC-in Mətbuat Xidməti


UNEC-də möhtəşəm Yeni il:  "Vyana balı"UNEC-də möhtəşəm Yeni il:  "Vyana balı"UNEC-də möhtəşəm Yeni il:  "Vyana balı"UNEC-də möhtəşəm Yeni il:  "Vyana balı"UNEC-də möhtəşəm Yeni il:  "Vyana balı"UNEC-də möhtəşəm Yeni il:  "Vyana balı"

Oxşar xəbərlər