İranda koronavirusla bağlı son statistika

İranda koronavirusla bağlı son statistika İranda son sutkada 177 nəfər koronavirusdan dünyasını dəyişib.
Bu barədə iranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sədat Lari açıqlama yayıb. Bununla da ölkədə Covid-19 qurbanlarının sayı 24 min 478 olub. Son 24 saat ərzində 3 min 341 nəfərdə isə virus aşkarlanıb. Ümumi yoluxma sayı 425 min 481-ə yüksəlib. İranda ümumilikdə 3 milyon 773 min 300 koronavirus testi edilib.
Ölkənin 31 əyalətindən 19-u “qırmızı” və “riskli” bölgələr sırasındadır.

Tehsil-press.az

Oxşar xəbərlər