UNEC tədqiqatçısının məqaləsi Avropanın nüfuzlu “Energies” jurnalında dərc edilib

UNEC tədqiqatçısının məqaləsi Avropanın nüfuzlu “Energies” jurnalında dərc edilib Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevin həmmüəllif olduğu elmi tədqiqat işi İsveçrənin “Energies” jurnalında dərc olunub.
Elmi tədqiqat işi “Enerji müharibəsi strategiyaları: 21-ci əsr təcrübəsi” mövzusuna həsr edilib. Araşdırmanın məqsədi XXI əsrdə enerji müharibələrini yaradan səbəbləri tapmaq və onların təsirini enerji asılılığı prizması baxımından müəyyənləşdirmək olub. Məqalədə enerji resurslarının 48 ölkə üzrə iqtisadi inkişafa təsiri qiymətləndirilib. Enerji müharibələrinin qısa (2025-ci ilə qədər) və uzun müddətli dövr (2030-cu ilə qədər) üçün optimistik, real və pessimist ssenarilərinin proqnozu təqdim edilib. Tədqiqat işində enerji resursları ilə zəngin olan ölkələr üçün qlobal enerji bazarında ən böyük təhdidin siyasi qeyri-sabitlik olduğu da göstərilib.

Tehsil-press.az

Oxşar xəbərlər