79 yaşlı Fauçi də Bayden heyətində yer alacaq

79 yaşlı Fauçi də Bayden heyətində yer alacaq ABŞ-ın 46-cı Prezidenti vəzifəsini icra edəcək Co Bayden heyətində yer alacaq daha bir şəxsin adını açıqlayıb.
Hazırkı ölkə başçısı Donald Trampın dövründə xidmət edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, 79 yaşlı Entoni Fauçi də Bayden komandasına daxil olacaq. O, baş tibb məsləhətçisi vəzifəsinə gətiriləcək.
“Fauçi doğruları danışan, etibarlı və vətənpərvərdir. Bu virusu nəzarətə almaq yolunda “COVID-19” komandasının vacib bir üzvü olacağı üçün minnətdaram”,- deyə Bayden bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər