Putinlə Makron Qarabağı müzakirə etdilər

Putinlə Makron Qarabağı müzakirə etdilər Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun telefon danışığı olub.
Telefon danışığı zamanı prezidentlər Qarabağ ətrafındakı vəziyyəti nəzərdən keçiriblər.
Putin qeyd edib ki, bölgədəki vəziyyət sabitləşib və Rusiya, Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı 9 noyabr tarixli bəyanatda qeyd olunan müddəalar ardıcıl olaraq yerinə yetirilir. Həmçinin Rusiya sülhməramlılarının “Bakı və Yerəvanın istəyi ilə atəşkəs rejiminin və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində uğurlu işi” qeyd olunub.
Prezidentlər Qarabağ məsələsinin nizamlanması üzrə müxtəlif aspektlər, xüsusilə ATƏT-in Minsk qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiq ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər