“Ulduzu gör” inkişaf proqramının növbəti mövzusu açıqlanıb

“Ulduzu gör” inkişaf proqramının növbəti mövzusu açıqlanıb Təhsil Nazirliyinin dəstəyi, “T-NETWORK” təcrübə və kommunikasiya platformasınının təşkilatçılığı ilə “Ulduzu gör” inkişaf proqramı davam edir.
Dekabrın 23-də keçiriləcək proqram “Sinifdə davranışın idarə olunması” mövzusuna həsr edilib.
Qeyd edək ki, proqram hər həftənin çərşənbə günü saat 19:30-da “T-NETWORK”platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında eyniadlı platformanın “Facebook” səhifəsi üzərindən (https://www.facebook.com/tnetwork.az/ ) canlı yayımlanır.
“Təhsilin məqsədi insanın içindəki ulduzu kəşf etmək və onu daha da parıldatmaqdır” ideyası ilə formalaşan “Ulduzu gör” inkişaf proqramının məqsədi öyrədənlərin şəxsi və pedaqoji bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər