Ali təhsillə bağlı suallar cavablandırılacaq

Ali təhsillə bağlı suallar cavablandırılacaq “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda hansı dəyişiklər olunub?
Ali məktəblərə hazırlaşan tələbələri maraqlandıran ən vacib yeniliklərə Cəsarət Valehovun təqdimatı ilə fevralın 14-də saat 12.00-da Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı olaraq yayımlanacaq Təhsil TV-nin “Həftənin sualı” verilişində aydınlıq gətiriləcək. Verilişin qonağı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevdir.
Sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər