Qazaxıstanın Azərbaycandakı səfirliyində Bakı Slavyan Universitetinin (BSU) professoru, filologiya elmləri doktoru Nizami Tağısoyun “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla reallaşan təqdimat mərasimində səfir Serjan Abdukərimov professor Nizami Tağısoyun bu araşdırmasının Azərbaycan-qazax ədəbi əlaqələrinin inkişafına mühüm təsirindən danışıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Muxtar Auezov yaradıcılığının Azərbaycanda populyarlığını, qazax ədəbiyyatının flaqmanına və onun rəngarəng bədii nümunələrinə verilən dəyəri qeyd etməklə, həm də Nizami Tağısoyun tük xalqları ədəbiyyatları, qazax ədəbiyyatı, o cümlədən ədəbi türkologiyada və ədəbiyyatşünaslıqda əzmlə tədqiqatlar aparmasından bəhs edib.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə Nizami Tağısoyun Azərbaycan ədəbiyyatşünaslığı və türk xalqları ədəbiyyatlarındakı davamlı və konsepsiyalaşdırılmış tədqiqatlarından, monoqrafik araşdırmalarının keyfiyyətindən və aktuallığından söz açıb, onun məhsuldar və məsuliyyətli alim olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təqdimat mərasimində professorlar Yaqub Babayev və Firuzə Ağayeva, dosentlər Heydər Cəfərov və Fərrux Məmmədov, Heydər Əliyev adına Azərbaycan–Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın Nizami Tağısoyun ədəbiyyatşünaslıqda qazandığı uğurlardan danışıblar.
Sonda tədbirin təşkilatçısı, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov çıxış edənlərə minnətdarlığını bildirib, professor Nizami Tağısoya “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafik araşdırmasına görə təşəkkür edib.
Təqdimat zamanı Muxtar Auezovun oğlu, professor Murad Auezovun Almatıdan etdiyi videomüraciət nümayiş olunub. O, Azərbaycan-qazax ədəbi əlaqələrindən, Muxtar Auezovun Səməd Vurğunla olan dostluq münasibətlərindən danışıb və kitabın müəllifinə uğurlar diləyib.
Tehsil-press.az