
Mərkəz dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində açılıb. Mərasimdə çıxış edən AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ədəbiyyatşünaslıq Mərkəzinin ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Tehsil-press.az