
Bununla əlaqədar Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarda dəyişiklik edib.
Dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti 2021-ci il yanvarın 31-dək uzadılıb. Bununla da, ölkə ərazisində distant tədris forması yanvarın 31-dək davam edəcək.
Qeyd edək ki, Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.
Tehsil-press.az