Botanika İnstitutunun gənc mütəxəssisi “RSCI biliciləri” adlı beynəlxalq yarışmanın qalibi olub

Botanika İnstitutunun gənc mütəxəssisi “RSCI biliciləri” adlı beynəlxalq yarışmanın qalibi olub Botanika İnstitutunun gənc mütəxəssisi Aydan Zeynalova “Clarivate Analytics” şirkətinin “Web of Science” platformasında yerləşən məlumat bazalarından biri olan RSCI-nın (Russian Science Citation Index) elmi nəşrlərlə bağlı bilgilərə həsr olunmuş beynəlxalq yarışmanın 5-ci həftəsində iştirak edib.
A.Zeynalova 3 ölkə daxilində (Azərbaycan, Belarus və Qazaxıstan) aparılan mübarizədə qalibiyyət qazanıb. Qaliblərə “Clarivate Analytics” şirkəti tərəfindən mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, “RSCI biliciləri” adlı yarışmada Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukraynadan 127 nümayəndə mübarizə aparıb və 6 iştirakçı qalib seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər