ADPU tələbələrinin Danimarkada təhsillərini davam etdirmək imkanı

ADPU tələbələrinin Danimarkada təhsillərini davam etdirmək imkanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 tələbəsi üçün 2021/2022-ci tədris ilinin payız semestri müddətində Danimarkada təhsillərini davam etdirmək imkanı yaradılıb. Onlar bu imkanı Danimarkanın Kopenhagen Universitet Kolleci ilə ADPU arasında mövcud ikitərəfli “Erasmus+” mübadilə proqramına əsasən əldə edə bilərlər.
Müsahibələr mart ayında onlayn formatda keçiriləcək. Seçilən namizədlərin onlayn qeydiyyatı isə apreldə aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər