ADPU-nun tələbəsi Aytək Rəhimli Erasmus+proqramı çərçivəsində Kopenhagen Kollec Universitetində təhsilini uğurla başa vurub

ADPU-nun tələbəsi Aytək Rəhimli Erasmus+proqramı çərçivəsində Kopenhagen Kollec Universitetində təhsilini uğurla başa vurub Aytək Umar qızı Rəhimli 1997-ci il iyun ayının 19-da Şəki şəhərində anadan olub. 2003-2014-cü illərdə Şəki şəhərində Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olunub. 2019-cu ilin fevral ayında ADPU tərəfindən Erasmus+proqramı çərçivəsində Danimarkanın Kopenhagen Kollec Universitetinə göndərilib. O, 4 ay yarım müddətində Kopenhagen Kollec Universitetinin Sosial təhsil fakültəsində “Xüsusi qayğıya ehtiyacı olan insanlar” ixtisası üzrə təhsil alıb. Aytək Rəhimlinin sözlərinə görə, o, qeyd olunan müddətdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları təhsil müəssisələrində təcrübə keçib və bu qəbildən olan insanlarla iş üzrə Danimarka təcrübəsini öyrənib. Kopenhagen Kollec Universitetindəki tədris prosesi, tədris proqramları, müəllim-tələbə münasibətləri, eyni zamanda beynəlxalq mühit Aytək Rəhimlidə zəngin təəssürat yaradıb, onun yeni biliklər qazanmasına və dünyagörüşünün genişlənməsinə səmərəli təsir göstərib.
Sonda Aytək Rəhimli universitetin tələbə-gənclərini belə beynəlxalq mübadilə proqramlarında fəal iştirak etməyə çağırıb və ona yaradılmış bu şəraitə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər