Brüsseldə kütləvi iğtişaşlar

Brüsseldə kütləvi iğtişaşlar Belçikanın paytaxtı Brüsseldə polis özbaşınalığının qurbanı olan gənc oğlana görə başlayan etirazlar iğtişaşlara gətirib çıxarıb.
23 yaşlı İbrahim B.-nin ailəsi dinc etirazlara çıxmağa çağırıb, nümayiş polis məntəqəsi ilə üzbəüz yerli vaxtla saat 15 radələrində başlayıb. 500-ə yaxın insanın iştirak etdiyi aksiya iğtişaşlara çevrilib, təhlükəsizliyi təmin etmək üçün əraziyə polis əməkdaşları cəlb edilib.
İğtişaşlar zamanı bir neçə polis avtomobili zədələnib, nümayişçilər küçələrdə talanlar törədiblər. “RTBF”nin məlumatına görə, ən azı 15 nümayişçi saxlanılıb. Aksiya yerinə ən azı üç təcili yardım maşını gəlib.

Tehsil-press.az



Oxşar xəbərlər