Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

Bayden transgenderlərin orduda xidmətinə icazə verdi ABŞ Prezidenti Co Bayden özündən əvvəlki administrasiyanın transgendərlərin Amerika Silahlı Qüvvələrində xidmətinə qoyduğu məhdudiyyətləri ləğv edən fərman imzalayıb.
“Prezident Bayden hesab edir ki, cinsiyyət mənsubluğu hərbi xidmətə mane olmamalıdır”, deyə Ağ Evin yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, ABŞ-ın 44-cü prezidenti Barak Obama 2016-cı ildə transgenderlərin Silahlı Qüvvələrə yazılmasına və lazımi tibbi yardım almasına icazə vermişdi. Donald Tramp isə transgenderlərin orduya qəbul edilməsini donduran direktiv imzalamışdı. Yalnız xidməti davam edənlərin Silahlı Qüvvələrdə qalmasına icazə verilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər